...

Son 2 ildə Azərbaycanda 13 uşaq oğurluğu faktı qeydə alınıb

Siyasət Materials 17 Mart 2006 13:32 (UTC +04:00)

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi tərəfindən son 2 il ərzində uşaq oğurluğu ilə əlaqədar 13 fakt qeydə alınıb. Bu barədə Trend ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bu faktlarla əlaqədar 23 şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Cinayət törədən və ya ictimai-təhlükəli əməldə iştirak edən azyaşlı və yeniyetmələrin sayı isə 10 faizdən 3 faizə enib. Əvvəllər 18 yaşına çatmayanlar il ərzində 1100 cinayət törədirlərsə, indi bu rəqəm 500-ə enib.

Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin şöbə rəisi Rafiq Ramazanov da azyaşlılar arasında məhkumluq azalmaq üzrədir. Onun sözlərinə görə, 2001-ci ildə 342 azyaşlı məhkum olunduğu halda, indi bu rəqəm 236-ya enib. Onların yalnız 45 nəfəri real cəzaya məhkum olunub.

"Cinayət törətmiş azyaşlı və yeniyetmələrin yalnız 10 faizi azadlıqdan məhrum edilir, 90 faizi isə şərti cəza alır" - deyə R.Ramazanov bildirib.

Xəbər lenti

Xəbər lenti