...

Nazim Səmədzadə: "Azəriqaz" ödəniş olmadığına görə qaz verilməsini dayandırıb

Siyasət Materials 24 Mart 2006 14:33 (UTC +04:00)
Nazim Səmədzadə: "Azəriqaz" ödəniş olmadığına görə qaz verilməsini dayandırıb

Mart ayından başlayaraq "Azəriqaz" SC tədarük olunan yanacağın haqqını ödəməyən abunəçilərə qaz verilməsini dayandırmağa başlayıb. Trend bildirir ki, martın 24-də keçirilən mətbuat konfransında SC sədrinin birinci müavini Nazim Səmədzadə bu barədə bəyan edib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın 32 yaşayış məntəqəsində qaz verilməsi dayandırılıb. Beləliklə, bu tədbirlər kifayət qədər təsirli olub. "Həmin yerlərdə qaz tədarükü üçün yığımlar 50%-dək artırılıb" -deyə o qeyd edib.

N.Səmədzadə qeyd edib ki, bu ilin 2 ayı ərzində əhalidən qaz tədarükünə görə yığımlar 18,4% (proqnozlaşdırılan 38 mln. 999 min AZN.-ə qarşı 7 mln. 168 min AZN.) təşkil edib. 2005-ci ildə bu göstərici 22,9% (503 mlrd. 502 mln. manata qarşı 119 mlrd. 742 mln. manat) təşkil edib.

"Azəriqaz" nümayəndəsinin sözlərinə görə, ötən il SC həm bank və poçt şöbələri, həm də xüsusi əməkdaşları vasitəsilə əhalidən qaz tədarükünə görə yığımları həyata keçirməyə dair qərar qəbul edib. "Amma bu qərar özünü doğrultmayıb. Bu ilin martından SC əməkdaşları artıq əhalidən vəsait yığmayacaq"- deyə o sonda bildirib.

Xəbər lenti

Xəbər lenti