...

Azərbaycanın Ağdam, Bərdə və Tərtər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər planı təsdiq olunub

Siyasət Materials 24 Mart 2006 21:08 (UTC +04:00)

Trend bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev martın 24-də respublikanın Ağdam, Bərdə və Tərtər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlərin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sənəddə xüsusilə qeyd olunur ki, 2006-cı ilin martın 1-də Bərdə şəhərində Azərbaycan dövlət başçısının iştirakı ilə keçirilmiş zona müşavirəsində rayonlardakı vəziyyət müzakirə olunub və mövcud nöqsanların aradan qaldırılması üçün kompleks tədbirlər müəyyən edilib.

Ağdam, Bərdə və Tərtər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər Planının təsdiq olunması qərara alınır. Nazirlər Kabinetinə adıçəkilən planın həyata keçirilməsi və hökumətin səlahiyyyətləri daxilində digər məsələlərin həll edilməsi ilə bağlı Azərbaycan prezidentinə mütəmadi olaraq məlumat verməsi tapşırılıb.

Xəbər lenti

Xəbər lenti