...

İstanbulda Dünya Demokratik Hərəkatının IV Assambleyası keçirilir

Siyasət Materials 3 Aprel 2006 12:56 (UTC +04:00)

Aprelin 2-dən Türkiyənin İstanbul şəhərində Dünya Demokratik Hərəkatının IV Assambleyası işinə başlayıb. Bu barədə Trend ə həmin assambleyada iştirak edən Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə məlumat verib.

IV assambleyanın açılış mərasimində Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan da iştirak edib. O, tədbirdə açılış nitqi ilə çıxış edib. Beynəlxalq konfransda dünyaının bir çox ölkələrindən demokrtik hərəkatların, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak edirlər. Assambleya aprelin 5-dək davam edəcək.

Asim Mollazadə bildirib ki, assambleya çərçivəsində aprelin 3-də Rusiyada qeyri-hökumət təşkilatlarının vəziyyətinə həsr olunmuş toplantı keçirilib. Aprelin 4-də isə bir sıra regionlarda, xüsusilə də Şərqi Avropa ölkələrində demokratiyanın inkişafına həsr olunmuş toplantılar keçiriləcək.

Tədbirdə Azərbaycanı təmsil edən A.Mollazadə bildirib ki, Dünya Demokratik Hərəkatının toplantısına qatılan xarici ölkələrin təmsilçiləri ilə ayrılıqda bir sıra görüşlər keçirib, xarici nümayəndə heyətləri, siyasi partiya rəhbərləri ilə qarşılıqlı müzakirələri hazırda da davam edir: "Həmçinin Dünya Demokratik Parlamentarlar təşkilatının da toplantısı olacaq, orada bir sıra ölkələrin parlament üzvləri iştirak edəcəklər. Həmin parlamentarilrələ də qarşılıqlı müzakirələrimiz, görüşlərimiz olacaq".

Qeyd edək ki, ABŞ-da təsis olunmuş "Dünya Demokratik Hərəkatı" dünyanın müxtəlif ölkələrinin demokratik siyasi qurumlarının rəhbərlərini özündə birləşdirir.

Xəbər lenti

Xəbər lenti