...

Prezident Böyük Britaniyanın Milli Audit Ofisinin nümayəndə heyətini qəbul edib

Siyasət Materials 5 Aprel 2006 18:38 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 5-də Böyük Britaniyanın Milli Audit Ofisinin baş müfəttişi və auditoru Ser Con Bournun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Trend xəbər verir ki, prezident görüşdə Böyük Britaniyanın Milli Audit Ofisinin Azərbaycan Respublikasının Hesablama Palatası ilə əməkdaşlığının əhəmiyyətini vurğulayıb.

Dövlət başçısı Azərbaycanda Hesablama Palatasının nisbətən yeni təsisat olduğunu xatırlayaraq bu sahədə dünya dövlətlərinin müvafiq strukturlarının, o cümlədən Böyük Britaniyanın Milli Audit Ofisinin təcrübəsindən faydalanmağın vacibliyini bildirib.

Ser Con Bourn görüşdə Böyük Britaniyanın Milli Audit Ofisinin Azərbaycan Respublikasının Hesablama Palatası arasında əməkdaşlığa dair anlaşma memorandumu olduğunu bildirib. O, səfəri zamanı iki ölkənin müvafiq strukturları arasında əlaqələrin daha da dərinləşməsi yolları haqqında geniş müzakirələrin aparıldığını qeyd edib.

Xəbər lenti

Xəbər lenti