...

Ümumdünya Torpaq günü Gəncədə ümumşəhər iməciliyi ilə qeyd edilib

Siyasət Materials 15 Aprel 2006 12:00 (UTC +04:00)

Bu gün Gəncə şəhər icra hakimiyyəti ilə 10 saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsi Ümumdünya Torpaq günü münasibəti ilə Heydər Əliyev adına Xatirə parkında tədbir keçirib. Tədbirdə şəhərin idarə və müəssələrindən başqa ali və orta ixtisas təhsili müəssisələrinin kollektivləri də iştirak edib. Ərazi ekologiya və təbii sərvətlər şöbəsinin rəhbəri Salman Cəfərovun Trend ə verdiyi məlumata görə, bu gündən etibarən parkın ərazisində kompleks təmizləmə işləri aparılacaq. Boş sahələrə yeni ağac və kol bitkiləri əkiləcək. Bundan başqa parkın mərkəzi hissəsində gül-çiçək guşəsinin yaradılması da nəzərdə tutulub. Cəfərov bildirib ki, parkı daim gözəl saxlamaq üçün ərazi hissələrə bölünərək müxtəlif idarə və müəssisələrə həvalə olunub. Onlar həmin sahədəlrdə təmizliyi və gözəlliyi daim qoruyacaqlar.

Xəbər lenti

Xəbər lenti