2006-cı ilin I rübündə Azərbaycanda narkotiklərlə əlaqəli 414 nəfər saxlanılıb. Trend in xəbər verdiyi kimi, bu barədə narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə Dövlət Komissiyasının məlumatında deyilir.
Saxlanılan və məsuliyyətə cəlb edilən şəxslərin 20-si xarici ölkə - 12-si - Gürcüstan, 5-i - İran, 2 -si Rusiya, 1 -i Əfqanıstan, 1 -i Ukrayna vətəndaşıdır.
Bütövlükdə, 2006-cı ilin I rübündə narkotiklərlə əlaqəli 744 cinayət qeydə alınıb. Bunun 264-ü narkotiklərin satışı ilə bağlıdır. Bü dövr ərzində həmin şəxslərdən 62,5 kq narkotik və psixotrop maddə götürülüb.