...

Mayda Ana Vətən Partiyasında yeni sədr müavinləri təyin olunacaq

Siyasət Materials 19 Aprel 2006 18:21 (UTC +04:00)

Ana Vətən Partiyasında boş qalmış müavinlik postlarına may ayında yeni təyinatlar olacaq. Bu barədə Trend ə Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı məlumat verib.

Qeyd edək ki, bu yaxınlarda partiya sədrinin bir neçə müavini eyni vaxtda istefa verib və hazırda həmin yerlər boşdur. Fəzail Ağamalı bildirib ki, AVP-nin nizamnaməsinə görə, partiyada rəhbər strukturlara təyinatlar partiyanın səlahiyyətlərinə aid olan məsələdir və yeni təyinatlar Ali Məclis tərəfindən təsdiq olunur. Buna görə də F.Ağamalı gələn ayın əvvəllərində sədrin iki müavini vəzifəsinə və bir neçə şöbəyə rəhbər şəxslər təyin edəcək: "Sədrin yeni müavinləri və şöbə müdirləri vəzifələrinə əsasən gənclər təyin olunacaq. Partiyamızın ümumi qərarı da əsas verir ki, rəhbər strukturlara gənclər cəlb olunsun. AVP-də iki şöbəyə rəhbər təyin olunacaq şəxsi artıq müəyyən etmişəm. Yeni müavinləri isə bu yaxınlarda müəyyən edəcəm".

Xəbər lenti

Xəbər lenti