...

Azərbaycan Yolu Siyasi Hərəkatı erməni soyqırımına məruz qalan türk dünyasına və yəhudi icmalarına müraciət edib

Siyasət Materials 27 Aprel 2006 16:37 (UTC +04:00)

Azərbaycan Yolu Siyasi Hərəkatı erməni soyqırımına və terrorizmə məruz qalmış türk dünyasına, yəhudi icmalarına, habelə dünya ictimaiyyətinə müraciət qəbul edib. Bu barədə Trend ə adıçəkilən hərəkatın mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, artıq bu müraciətə Türkiyənin hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasından, Böyük Birlik Partiyasından, eyni zamanda xaricdəki bir sıra yəhudi icmalarından dəstək gəlib.

Müraciətdə əsil tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün soyqırım fəlakətini öz üzərlərində yaşamış xalqlar - türklər, azərbaycanlılar, yəhudilər və digər xalqlar birgə fəaliyyət göstərməli, erməni təbliğatının əsil mahiyyətini ifşa etməli olduğu bildirilir. Qeyd olunur ki, bu istiqamətdə ilk addım olaraq 2006-cı il aprelin 24-dən mayın 8-nə kimi dünyanın müxtəlif ölkələrində Şuşanın işğalı ilə bağlı keçiriləcək aksiyalarda birgə iştirak etməli, dünya ictimaiyyətinin diqqətini həmin aksiyalara yönəlməlidir.

Müraciətdə həmçinin 1918-ci ildən 1988-ci ilədək - tarixin müxtəlif mərhələlərində Qərbi Azərbaycandan planlı şəkildə deportasiya edilmiş, qovulmuş, terrora məruz qalmış azərbaycanlılara öz əzəli torpaqlarında muxtariyyət verilməsi, Ermənistan ordusu tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad olunması, Ermənistanın terrorçu dövlət kimi tanınması tələb edilir.

Xəbər lenti

Xəbər lenti