...

Axtarışda olan 44 nəfər apreldə sərhəddə yaxalanıb

Siyasət Materials 3 May 2006 16:57 (UTC +04:00)

Aprel ayı ərzində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 44 nəfər Azərbaycanın sərhədini müxtəlif istiqamətlərdə keçərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən yaxalanıb. Bu barədə Trend ə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Dölət sərhədinin mühafizəsi zamanı 17 halda dövlət sərhədinin pozulmasının qarşısı alınıb, Nəticədə 10 nəfər İİR, 8 nəfər Azərbaycan, 7 nəfər Gürcüstan, 2 nəfərsə Rusiya vətəndaşı sərhəd pozucusu qismində saxlanılıb.

22 nəfər saxta sənədlə, 5 nəfər başqasına məxsus sənədlə, 15 nəfərsə müvafiq sənədlərinin olmadığına, 37 nəfər vizalarının olmamasına görə, 1 nəfərsə şübhəli şəxs qismində saxlanılıb. Müxtəlif ölkələrin vətəndaşları olan həmin şəxslər barədə müvafiq tədbirlər görülüb.

Dövlət sərhəd xidmətinin əməkdaşları tərəfindən qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə, qaçaqmalçılığa və digər bu kimi cinayətlərə qarşı mübarizə tədbirləri davam etdirilib.

Sərhəd xidmətinin əməkdaşları tərəfindən ayrı-ayrı şəxslərdən 1000 ABŞ dolları, 70.030 qutu müxtəlif markalı siqaretlər, 43 ədəd qızıl-zinət əşyaları, 157 ədəd müxtəlif gümüş mətbəx əşyaları, 31 kq kürü, 345 kq balıq, 17.722 ədəd tornaçı dəzgahı və digər əşyalar aşkar edilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti