...

Təkrar seçkini izləyəmək üçün 10 beynəlxalq təşkilat və diplomatik korpusdan 103 xarici müşahidəçi qeydiyyata alınıb

Siyasət Materials 4 May 2006 17:08 (UTC +04:00)

Mayın 13-də keçiriləcək təkrar parlament seçkilərində monitorinq aparmaq üçün qeydiyyata alınmış beynəlxalq müşahidəçilərin sayı 103 nəfərdir. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) 14 nəfər, onun Parlament Assambleyasının (ATƏT PA) 5 nəfər, Avropa Şurası Parlament Assambleyası Bürosunun "Ad hok" Komitəsinin 18 nəfər, Müstəqil Dövlətlər Birliyinin (MDB) 29 nəfər, ABŞ səfirliyinin 13, Böyük Britaniya səfirliyinin 15, Norveç səfirliyinin 5, Seçki Sistemləri üzr Beynəlxalq Fondun (İFES) 2, İsveçrə Azərbaycan Dostluq Cəmiyyətinin 1, Azad və Demokratik Seçki Uğrunda Vətəndaş Təşəbbüsü (CİFDE- QHT Bolqarıstan) təşkilatının 1 nəfər nümayəndəsi müşahidəçi qismində qeydiyyata alınıb.

MSK-dan bildirilib ki, MSK tərəfindən qeydə alınan yerli müşahidəçilərin isə sayı 922 nəfərdir. 1225 nəfər müşahidəçi dairə seçki komissiyaları tərəfindən akkreditə olunub.

Xəbər lenti

Xəbər lenti