...

Musa Hümbətov: Təkrar səsvermədə yalnız Gəncədəki 2 saylı istintaq təcridxanasının dustaqları iştirak edəcəklər

Siyasət Materials 11 May 2006 16:18 (UTC +04:00)

Mayın 13-də parlamentə keçiriləcək təkrar seçkiylə əlaqədar səsvermədə yalnız Gəncədəki 2 saylı istintaq təcrpidxanasının dustaqları iştirak edəcəklər. Bu barədə Trend ə Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin (MQİBİ) qərargah rəisi Musa Humbətov məlumat verib.

Təcridxanada seçkiyə hazırlıq işləri tam şəkildə həyata keçirilib. Qərargah rəisinin sözlərinə görə, artıq Mərkəzi Seçki Komissiyasının (MSK) təqdim etdiyi müşahidəçi vəsiqələrinin nümunələri də təcridxana rəhbərliyinə təqdim olunub.

"Səsvermə zamanı kənardan dustaqlara hər hansı təsirin göstəriləcəyindən söhbət gedə bilməz. Çünki səsvermə prosesi təcridxanada yaradılacaq seçki komissiyasının üzvlərinin və müşahidəçilərin iştirakı ilə həyata keçiriləcək" - deyə M.Hümbətov söyləyib.

Qərargah rəisi onu da qeyd edib ki, Gədəbəydə yerləşən Xüsusi Müəssisənin məhkumları isə azadlıqları məhdud olmadığı üçün vətəndaşlarla eyni məntəqələrdə səs verəcəklər.

Xəbər lenti

Xəbər lenti