...

Qənirə Paşayeva: "Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı abidə ucaldılmalıdır"

Siyasət Materials 12 May 2006 17:57 (UTC +04:00)

Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xatirəsini əbədiləşdirməklə bağlı prezidentin sərəncamı yerinə yetirilməyib. Trend xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva Milli Məclisin mayın 12-də keçirilən iclasında bildirib.

Millət vəkili qeyd edib ki, mayın 28-də Azərbaycanın müstəqilliyinin 15 ili tamam olur: "Ölkəyə gələn hər bir xarici qonağa bildiririk ki, Şərqdə ilk demokrtaik respublikanı biz qurmuşuq. Ancaq Azərbaycan Xalıq Cümhuriyyəti ilə bağlı abidənin qoyulması prosesi illərdir ki, nədənsə yubanır. Bu məsələ ilə məşğul olan təşkilatlar bu barədə məlumat verməlidirlər".

Q.Paşayeva "Təhsil haqqında" qanunun qəbul edilməməsindən də narahatlıq keçirdiyini bildirib. Qeyd edib ki, adıçəkilən qanunu təcili surətdə qəbul etməliyik. Çünki sentyabrda növbəti dərs ili başlayır. Millət vəkili "Tibbi sığorta haqqında" qanunun qəbul edilməməsinin də səhiyyə sisteminə mənfi təsir göstərdiyini vurğulayıb. Qeyd edib ki, yenidən bu sənədə baxılmalıdır.

Spiker Q.Paşayevanın qaldırdığı birinci məsələyə münasibət bildirərək qeyd edib ki, bu məsələ ilə bağlı Mədəniyyət Nazirliyi ilə Bakı şəhər İcra Hakimiyyəti müsabiqə elan edib. Müsabiqəyə təqdim edilən layihələr bəyənilməyib. Yeni müsabiqə təyin olunub. Spiker "Təhsil haqqında" qanunun tələsik qəbul olunmasının əleyhinə olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti