...

Exit-poll iştirakçıları Tovuz-Qazax-Ağstafa seçki dairəsi üzrə seçicilərin fəallığını yüksək qiymətləndirdilər

Siyasət Materials 13 May 2006 17:42 (UTC +04:00)

106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi üzrə 35 məntəqədən 10-da exit-poll keçirilir. Bunlardan 9-da Bolqarıstanın "İntervyu" beynəlxalq təşkilatı ilə yerli AVCİYA təşkilatının birgə təşkilatçılığı ilə baş tutub. Digər bir məntəqədə isə exit-pollu Respublikaçılar institutu müstəqil formada keçirir. Hər üç təşkilatın məntəqələrdəki nümayəndələri seçicilərin fəallığından razı olduqlarını ifadə etdilər.

Onların sözlərinə görə, müraciət etdikləri seçicilər əsas səsvermədən sonra çəkinmədən exit-pollun təkrar sorğusunda iştirak edir, hər iki səsvermədə eyni namizədə səs verdiklərini bildirirlər. Sorğu iştirakçıları hər yerdə olduğu kimi iştirak etdikləri dairədə də exit-pollun nəticəsinin yekun nəticələrdən 3 saat qabaq açıqlanacağını bəyan etdilər.

Xəbər lenti

Xəbər lenti