...

103 saylı Gədəbəy dairəsi üzrə 17:30-a qədər 10910 seçici səs verib

Siyasət Materials 13 May 2006 18:36 (UTC +04:00)

103 saylı Gədəbəy DSK-dan verilən məlumata görə, həmin dairədən 17:30-ə qədər 10910 seçici səs verib. Bu da ümumi seçicilərin sayının təxminən 30 faizinə bərabərdir. Qeyd edək ki, bu ərazi üzrə 36595 seçici qeydə alınıb. Adıçəkilən dairənin 36 məntəqəsində 3 beynəlxalq təşkilat exit-poll keçirir. Qeyd edək ki, digər dairələrdən fərqli olaraq 103 saylı Gədəbəy seçki dairəsinə daxil olan məntəqələrdə Bolqarıstan və Beynəlxalq Respublikaçılar İnstitutundan başqa "Proqnoz" təşkilatı da sorğulara qatılıb.

Onu da əlavə edək ki, bu vaxta qədər 38 saylı Nizami (Gəncə) ikinci dairəsi üzrə 10160 (29,94%) seçici, 106 saylı Tovuz-Qazax-Ağstafa dairəsi üzrə isə 11118 (27%) seçici səsvermə prosesində iştirak edib.

Xəbər lenti

Xəbər lenti