...

ATƏT-in müşahidə missiyasının rəhbəri Gert Arens MSK sədri ilə görüşüb

Siyasət Materials 16 May 2006 12:52 (UTC +04:00)

ATƏT-in Azərbaycanda seçkiləri müşahidə missiyasının rəhbəri Gert Arens mayın 16-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb. Bu barədə Trend ə MSK-dan məlumat verilib.

Görüşdə 13 mayda Azərbaycanda 10 dairə üzrə keçirilmiş təkrar parlament seçkiləri barədə müzakirələr aparılıb. MSK sədri təkrar seçkilərin baş tutduğunu deyib, həmçinin seçkinin nəticələri haqqında danışıb. Gert Arens ATƏT müşahidəçilərinin fəaliyyəti, seçkilərin monitorinqinin nəticələri, rəyləri barədə məlumat verib.

Qeyd edək ki, ATƏT təmsilçiləri istisna olmaqla digər beynəlxalq müşahidəçilər, o cümlədən MDB müşahidə missiyası artıq Azərbaycanı tərk edib.

Xəbər lenti

Xəbər lenti