...

Qənirə Paşayeva: "AŞPA-nın Hüquqi işlər və İnsan hüquqları komitəsində Avropa Şurasına üzv ölkələrdə milli azlıqların müdafiəsinə dair Çərçivə Konvensiyanın ratifikasiyası qəbul edilib"

Siyasət Materials 18 May 2006 19:58 (UTC +04:00)
Qənirə Paşayeva: "AŞPA-nın Hüquqi işlər və İnsan hüquqları komitəsində Avropa Şurasına üzv ölkələrdə milli azlıqların müdafiəsinə dair Çərçivə Konvensiyanın ratifikasiyası qəbul edilib"

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquqi işlər və insan hüquqları komitəsinin mayın 17-19-da Budapeştdə keçirilən iclasında Avropa Şurasına üzv ölkələrdə milli azlıqların müdafiəsinə dair Çərçivə Konvensiyasının ratifikasiyasının bəzi ölkələrdə yerinə yetirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva bildirib.

Millət vəkili bildirib ki, toplantıda əsasən Avropa Şurasına daxil olan ölkələrdə milli azlıqların hüquqlarının qorunması məsələsi müzakirə olunub. Q.Paşayeva bildirib ki, bu məsələ ilə bağlı məruzəçi, latviyalı deputat Boris Sileviçin fikrləri dinlənilib: "Müzakirələr çox gərgin aparılıb. Əsas fikirlər ondan ibarət olub ki, bütün ölkələrdə vətəndaşın hansı etnik qrupa və millətə məxsusluğundan asılı olmayaraq insan kimi haqqı qorunmalıdır, ona hörmətlə yanaşılmalıdır. Ancaq milli azlıqların dinc nümayəndələri ilə bəzən bu ad altında ekstremizm və separatçılıqla məşğul olanlar arasında fərq qoyulmalıdır".

Q.Paşayeva məsələ ilə bağlı Azərbaycan nümayəndə heyətinin də fikirlərinin diqqətlə dinlənildiyini bildirib. Azərbaycan nümayəndə heyəti rəsmi Bakının bu sənədi ratifikasiya etdiyindən ölkədə milli və etinik azlıqlara çox böyük diqqət və qayğı göstərildyini və bu məsələ ilə bağlı heç bir problemin olmadığını bildirib. Müzakirələrdə bəzən milli azlıqlar tərəfindən separtçılıq ideyalarının ağır fəsadlar törədildiyi də göstərilib. Millət vəkili qeyd edib ki, bu məsələdə Dağlıq Qarabağda məskunlaşan ermənilər misal çəkilib: "Dağlıq Qarabağda erməni azlığına Azərbaycan geniş hüquqlar verib. Bu gün Avropanın müzakirə etdiyi milli azlıqların hüquqları ilə bağlı məsələni Azərbaycan ermənilərə çoxdan verib. Dağlıq Qarabağda məskunlaşan və çox da böyük sayda olmayan ermənilərin öz məktəbləri, öz mətbuatı olub. Ancaq bu hüquqlardan sui-istifadə edən ermənilər Dağlıq Qarabağda küçələrin və kəndlərin adlarını erməni dilində yazmağa, səsləndirməyə başladılar. Nəticədə separtçılıq baş qaldırdı. Ermənistanın maddi və mənəvi
dəstəyi ilə Dağlıq Qarabağ erməniləri Azərbaycana qarşı torpaq iddiasında oldular".

Millət vəkili onu da bildirib ki, Ermənistan Avropa Şurasına üzv ölkələrdə milli azlıqların müdafiəsinə dair Çərçivə Konvensiyasına zidd hərəkətlər edib. Ermənistanda bütün milli azlıqlar deportasiya olunub. Q.Paşayeva vurğulayıb ki, 1948-1953-cü illərdən bu günədək Ermənistandan yüz minlərlə azərbaycanlı deportasiya olunub. İndi həmin ölkədə milli azlıq yoxdur.

Q.Paşayeva qeyd edib ki, Avropa Şurasına üzv ölkələrdə milli azlıqların müdafiəsinə dair Çərçivə Konvensiyasının ratifikasiyası ilə bağlı müzakirələr başa çatıb: "Türkiyə və Belçika nümayəndə heyətlərinin rəy və təklifləri nəzərə alınaraq sənəd qəbul edilib".

Millət vəkili daha sonra toplantıda Latviyada milli azlıqların hüquqlarının qorunması ilə bağlı məsələnin müzakirə olunacağını və "ABŞ və beynəlxalq hüquq" mövzusunda müzakirələr aparılacağını bildirib.

Xəbər lenti

Xəbər lenti