...

Pyotr Burdıkin: Vladimir Jirinovski dövləti mövqeyini ifadə etmir və istədiyini deyə bilər

Siyasət Materials 26 May 2006 13:10 (UTC +04:00)

Hər hansı bir millət vəkilinin bəyanatı rəsmilər tərəfindən şərh olunmur. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, Rusiyanın Azərbaycandakı müvəqqəti işlər müvəkkili Pyotr Burdıkin Rusiya Liberal Demokratik Partiyasının lideri, Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskiyin bəyanatını şərh edərkən bildirib. V.Jirinovski bəyan edib ki, Rusiyanın Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı ərazini tanımağa tam əsası var.

"Millət vəkilləri istədiklərini deyə bilər. Onlar dövlətin mövqeyini ifadə etmir və yalnız öz adlarından danışır" - deyə P.Burdıkin qeyd edib.

Rusiyalı diplomat, onun sözlərinə görə, müxtəlif fikirlərin səsləndiyi Milli Məclisi nümunə gətirib. "Mən V. Jirinovskinin bəyanatlarını eşitməmişəm, lakin açıqcasına bildirə bilərəm ki, rəsmilər belə bəyanatları şərh etmir" - deyə P. Burdıkin qeyd edib.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da V.Jirinovskinin sözlərini şərh etməyə ehtiyac görmədi.

Xəbər lenti

Xəbər lenti