...

Azərbaycan neftinin qiyməti: həftənin yekunları

Siyasət Materials 30 May 2006 13:45 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: həftənin yekunları

Mayın 22-26-da Azərbaycanın Gürcüstanın Supsa və Batumi limanlarından satdığı AZERI LT (CIF) növlü neftin bir barelinin orta qiyməti $69,04 təşkil edib ki, bu da əvvəlki həftəyə olan orta qiymətlə müqayisədə $1,22 çoxdur. Trend in xəbər verdiyi kimi, ötən həftə - mayın 22-22-da AZERI LT neftinin maksimum qiyməti $70,42, minimum qiyməti isə - $66,89 təşkil edib.

Mayın 22-26-da Azərbaycanın Novorossisk limanında satdığı URAL (EX-NOIO) neftinin bir barelinin orta qiyməti $63,44 təşkil edib ki, bu da əvvəlki həftəyə olan orta qiymətlə müqayisədə $1,57 çoxdur. Mayın 22-26-da URAL neftinin maksimum qiyməti $64,19, minimum qiyməti isə $61,93 olub.

Mayın 22-26-da etalon növlü Brent (DTD) neftinin qiyməti $68,54 təşkil edib ki, bu da əvvəlki həftəyə olan orta qiymətlə müqayisədə $0,6 azdır. Ötən həftə Brent neftinin maksimum qiyməti $69,76, minimal qiyməti isə $66,65 olub.

Azeri Light neftinin sıxlığı API üzrə 34,6 dərəcə, kükürdün həcmi - 0,14%, URAL neftinin sıxlığı API üzrə 32 dərəcə, kükürdün həcmi - 1,3% (satış zamanı bu növ neftin spesifikasiyası tərkibində daha çox (və ya az) keyfiyyətli neft növlərinin üstünlük təşkil etməsindən asılı olaraq müxtəlif vaxtlarda dəyişir), DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.

Ceyhan limanında Azeri Light növlü neftin ilk tankerə yüklənməsinə neftin terminaldakı çənlərdən brinə vurlmasından sonra başlanacaq. Neft artıq BTC ilə limana çatdırılıb.

Çənin həcmi 1 mln barel təşkil edir. Terminalda cəmi 7 belə tutumlu tanker var.

Tankerin doldurulmasına hələ başlanmayıb. Tankerlərə neftin vurulmasına yaxın vaxtlarda başlanacaq və bu həftənin sonunda göndərilməsi planlaşdırılıb. Hazırda Ceyhan terminalında bir sıra işəsalma-sazlama işləri həyata keçirilir. İşlər elə boru kəmərinin özündə də aparılır.

Bu günədək BTC boru kəmərinə sutkada təxminən 150-175 min barel neft vurulub. İlin sonunadək bu həcm 300-500 min barelədək artacaq. İyunda daha bir neçə tankerin yüklənməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti