Qazaxıstan iyunun 6-8-də Bakıda keçiriləcək "Xəzər neft və qaz - 2006" beynəlxalq sərgi-konfransında energetika və mineral sərvətlər nazirinin müavini səviyyəsində təmsil olunacaq. Bu barədə Trend ə Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Nazir müavini Lyazat Kiinovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya iyunun 5-də gələcək. Sərgidə iştirak çərçivəsində nazir müavini Azərbaycan Dövlət Neft Şirkətinin, Yanacaq və Energetika Nazirliyinin rəhbərliyi ilə görüşməyi planlaşdırır.
Gürcüstanın Azərbaycandakı səfirliyinin məlumatına görə, bu ölkəni sərgidə energetika nazirinin müavini İsak Novruzov təmsil edəcək.