...

Rusiyanın Azərbaycandakı yeni səfiri Bakıya iyulun əvvəlində gələcək

Siyasət Materials 6 İyun 2006 15:52 (UTC +04:00)

Rusiyanın Azərbaycandakı yeni səfiri Vasili İstratov Bakıya iyulun əvvəlində gələcək. Bu barədə Trend in müxbiri ilə söhbətində RF-nin Azərbaycandakı müvəqqəti işlər müvəkkili Pyotr Burdıkin məlumat verib.

Onun sözlərinə görə, səfir iyunun 27-dən sonra gələcək. Belə ki, Rusiya prezidenti yanında səfirlərin müşavirəsi məhz həmin tarixə təyin olunub. Bu müşavirədə V.İstratov da iştirak edəcək.

Qeyd edək ki, Rusiyanın Bakıdakı diplomatik nümayəndəliyinin rəhbəri postu 2004-cü ilin sentyabrından boşdur. Rusiyanın ölkəmizdəki əvvəlki səfiri isə Nikolay Ryabov olub.

Vasili İstratov 30 dekabr 1954-cü ildə anadan olub. İxtisasca tarixçidir. 1996-cı ildən RF XİN-in Şimali Amerika Departamentinin direktoru müavini vəzifəsində çalışıb.

Xəbər lenti

Xəbər lenti