"Bu ay Qazaxıstan Bakı-Tiflis-Ceyhan neft kəmərinin istifadəsi layihəsinə qoşulacaq". Trend in İTAR-TASS-a istinadən xəbər verdiyi kimi, bu barədə iyunun 8-də Qazaxıstan prezidenti Nursultan Nazarbayev bəyan edib.
"Cari ayda biz Azərbaycan hökuməti ilə Qazaxıstanın BTC neft kəmərinə qoşulmasına dair saziş imzalayacağıq", - deyə o, Alma-Atada keçirilən üçüncü investisiya sammitində çıxışında bildirib. N.Nazarbayev qeyd edib ki, sənədin iyunun 17-də Alma-Atada keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi çərçivəsində imzalanması planlaşdırılır.
Qazaxıstan BTC ilə hər il təxminən 25 mln ton neft nəql etməyi nəzərdə tutur. Bu neft Bakıya Xəzər dənizi ilə tankerlər vasitəsilə çatdırılacaq.