...

Məzahir Pənahov: "Bələdiyyə seçkiləri ilə bağlı MSK-da seminar-müşavirə keçiriləcək"

Siyasət Materials 14 İyun 2006 19:06 (UTC +04:00)

Bu il oktyabrın 6-da Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı iyunun 24-də Mərkəzi Seçki Komissiyasında ilk seminar-müşavirə keçiriləcək. Trend in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov açıqlama verib.

O bildirib ki, seminar-müşavirədə bələdiyyə seçkilərinin keçiriləcəyi dairə seçki komissiyalarının sədr və üzvləri iştirak edəcəklər. Seminar-müşavirədə əsasən iki mövzu üzrə MSK üzvləri məruzə edəcəklər. Birinci məruzə bələdiyyə seçkilərində namizədlərin irəli sürülməsi, imza toplanması və imza vərəqələrinin təqdim olunması, namizədlərin, onların səlahiyyətli nümayəndələrinin sənədlərinin yoxlanması proseduraları haqqında olacaq. Digər məruzə isə bələdiyyə seçkilərində namizəd irəli sürmüş siyasi partiya və blokların maliyyə hesablarının açılması və istifadə olunmasında aşkarlığın təmin edilməsi barədədir. M.Pənahov qeyd edib ki, MSK seçkilərlə bağlı aşağı komissiya üzvlərinin maarifləndirilməsi üçün seminar-müşavirələrini davam etdirəcək, bu tədbirlər bölgələrdə də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti