...

Azərbaycan prezidenti İranın xarici işlər nazirini qəbul edib

Siyasət Materials 19 İyun 2006 18:42 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev iyunun 19-da Bakıda İranın xarici işlər naziri Mənüçöhr Möttəkini qəbul edib.

İran naziri dövlət başçısını İslam Konfransı Təşkilatının (İKT) 33-cü sessiyasının Bakıda keçirilməsi münasibətilə təbrik edib.

İ.Əliyev deyib ki, sessiyanın Bakıda keçirilməsi və ölkənin İKT-də sədrlik etməsi Azərbaycan üçün beynəlxalq və regional əməkdaşlıq baxımından önəmlidir.

Görüş zamanı ikitərəfli əməkdaşlığın inkişaf məsələləri də müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti