...

Fazil Qəzənfəroğlu: "İlyas İsmayılov deputat qrupuna dəvət ediləcək"

Siyasət Materials 22 İyun 2006 17:33 (UTC +04:00)

Milli Məclisin payız sessiyasında Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılova parlamentdə fəaliyyət göstərən müxalifətçi deputat qrupunda təmsil olunmaqla bağlı dəvət ediləcək. Bu barədə Trend ə Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzərfəroğlu bildirib.

Qeyd edək ki, parlamentdə millət vəkili Aynur Quliyeva daxil olmaqla 5 müxalifətçi partiya sədrindən ibarət deputat qrupu yaradılıb. Onu da bildirək ki, Böyük Quruluş partiyası Ədalət Partiyası ilə əməkdaşlıq barədə saziş imzalayıb.

F.Qəzənfəroğlu onu da bildirib ki, əslində bu məsələ ilə bağlı dəvətə ehtiyac yoxdur: "İlyas müəllim özü prosesləri ciddi şəkildə izləyir, bütün qrupların fəaliyyəti ilə də tanışdır. Çox güman ki, özü də bu məsələ ilə bağlı fikrini bildirəcək". Partiya sədri onu da vurğulayıb ki, oktyabrın 6-də bələdiyyədə boş qalan yerlərə keçiriləcək təkrar seçkilərdə Ədalət və Vətəndaş Həmrəyliyi partiyaları ilə birgə iştirak etsinlər.

Xəbər lenti

Xəbər lenti