...

Elçibəyin doğum günü ilə bağlı yürüş keçirilib

Siyasət Materials 24 İyun 2006 13:23 (UTC +04:00)

İyunun 24-də saat 12.00-da Azərbaycanın eks-prezidenti Əbulfəz Elçibəyin anadan olmasının

68-ci ili ilə bağlı bir qup müxalifət partiyası M.Əzizbəyov heykəlinin yanından Elçibəyin fəxri xiyabandakı məzarına yürüş təşkil edib. Trend xəbər verir ki, yürüşdə təxminən 150 nəfər iştirak edib. Polislərin müşayiəsi ilə keçirilən yürüş Elçibəyin məzarı önündə başa çatıb. İlk çıxış edən Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Elçibəyin siyasi fəaliyyəti və ideyalarından danışıb. Daha sonra "Azadlıq" blokunun rəhbərləri və "Musavat" partiyasının rəsmiləri çıxış ediblər. Onlar bildiriblər ki, Elçibəy ideyaları yaşamaqdadır və bu ideyaları daha da əzmlə yaşatmaq üçün əllərindən gələni əsirgəmiyəcəklər. İştirakçılar yürüş boyu "Elçibəy" şüarı səsləndiriblər. Yürüşdə ayrı-ayrı müxalifət partiyalarının sədrləri və QHT rəhbərləri iştirak ediblər. Elçibəyin məzarə önünə əklillər qoyulub.

Onu da qeyd edək ki, yürüş başa çatdıqdan sonra saat 15.00-da Xətai adına mədəniyyət sarayında Ə.Elçibəyin anadan olmasının 68-ci ildönümü münasibətilə bədii kompozisiya keçiriləcək.

Xəbər lenti

Xəbər lenti