...

Metyu Brayza: Erməni qoşunlarının münaqişə zonasından çıxarılması, şübhəsiz, regiondakı gərginliyi azaldacaq

Siyasət Materials 29 İyun 2006 20:06 (UTC +04:00)
Metyu Brayza: Erməni qoşunlarının münaqişə zonasından çıxarılması, şübhəsiz, regiondakı gərginliyi azaldacaq

ATƏT-in Minsk Qrupunun həmsədrləri sülh dialoqunu müəyyən səviyyəyə çatdırıb ki, bundan sonra Azərbaycan və Ermənistan prezidentləri özləri qərar verməlidir. Bu barədə, Trend "Azadlığ"a istinadən xəbər verir ki, ABŞ dövləti katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri, ATƏT-in Minsk Qrupunun həmsədri Metyu Brayza bəyan edib.

"ATƏT-in Minsk Qrupunun digər həmsədrləri, eləcə də mənim əvəz etdiyim Stiven Mann artıq əvvəlki müsahibənin açıqlandığı gün bəyan ediblər ki, "mənim sözlərim insanları fikirləşməyə məcbur edə və regionda sağlam debatlar üçün əsas yarada bilər" - deyə diplomat qeydğ edib.

"Mən debatların keçirilməsinə deyil, bəzi adamların Minsk Qrupu həmsədrlərinin Venadakı son bəyanatı ilə tanış olmadan belə tələsik qərar verməsinə təcüblənirəm. Həmsədrlərin bəyanatında hər şey aydın şəkildə deyilib, mənim bəyanatım isə qısa ümumiləşdirmə idi"- deyə o əlavə edib.

"Sizin sülh planı ilə bağlı bəyanatınızı debatların başlanması üzrə strategiyanın bir hissəsi hesab etmək olar mı" sualına M.Brayza cavab belə verim: "Həm hə, həm də yox. Mən baş verənlər haqqında yalnız ətraflı məlumat verdim. ATƏT-in Daimi Şurasına təqdim olunmuş sənəd isə ictimaiyyət üçün açıqdır".

Dağlıq Qarabağın statusu ilə bağlı referendumun keçirilməsi ilə bağlı ziddiyətli bəyanatlara gəldikdə, Amerikalı həmsədr qeyd edib ki, son nəticədə tərəflər son iki ildə hər iki ölkənin XİN rəhbərləri və prezidentlərinin hazırladığı əsas nizamlama prinsipləri ilə bağlı razılığa gəlmədi. Buna görə hər iki prezident razılığın indiyə qədər əldə olunmadığına görə məsuliyyət daşıyır. "Dövlət başçılarından hansının daha çox məsuliyyət daşıdığını deyə bilmərəm. Prezidentlər istənilən an bəyan edə bilərlər əsas prinsiplər üzrə razılıq əldə olunub və ya həmin razılığa dəyişiklik edilərək paket planı qəbul ediləcək" - deyə həmsədr vurğulayıb.

"Mənim sələfim və ATƏT-in Minsk Qrupunun digər həmsədrləri bütün bacarıq və enerjisini "çərçivə sazişi"nin hazırlanmasına sərf edib ki, burada nizamlanmasının əsas prinsiplərini əks olunub. Həmin sazişlə bağlı düşünmək və qərar qəbul etmək üçün prezidentlərə vaxt lazımdır.... Həmsədrlər öz bəyanatlarında qeyd etmək istəyirlər ki, metalın cilalanması üçün diplomatik yaradıcılıca yer yoxdur" - deyə o bəyan edib.

"Həmiin sənədlə bağlı qarşılıqlı siyasi güzəştlər o dərəcədə vacibdir ki, bunu dövlətlərin özləri etməlidir. Mən çox enerjili adamam və liderlərlə kifayyət qədər yaxşı tanışam. Biz onlarla işi davam etdirəcəyik və bu prosesin həmişəlik dayandığını bəyan etmirik. Lakin demək istəyirik ki, dialoqu elə bir mərhələyə çatdırmışıq ki, bundan sonra dövlətlərin özü qərar verməlidir" - deyə həmməruzəçi bildirib.

Bununla yanaşı, M. Brayza qeyd edib ki, erməni qoşunlarının münaqişə zonasından çıxarılması, şübhəsiz, regionda gərginliyi azaldacaq. "Buna görə bu məsələ əsas nizamlama prinsiplərinin əsas elementidir. Lakin ermənilərə "regiondan qoşunlarınızı çıxarın" deməklə biz istənilən nəticə əldə etməyəcəyik. Ermənilər bunun əvəzində nə isə alacağını bildikdə həmin addımı atar. Əsas prinsiplər məhz budur. Ekspertlər haqlıdır. Erməni qoşunları çıxarıldıqda regionda gərginlik azalar. Lakin bunun əvəzində onlar nə isə almalıdır. Buna görə dövlət başçıları mürəkkəb qərar qəbul etməlidir.

M.Brayza həmçinin deyib ki, regionun hərbisizləşdirilməsinin ardınca Dağlaq Qarabağın statusu ilə bağlı hər hansı bir ümumxalq səsverməsi və ya referendum keçiriləcək.

Çətinlik erməni qoşunlarının Dağlıq Qarabağın statusu ilə uzlaşdırmaqdadır. Məsələ məhz bununla çətinləşir.

Sonda M. Brayza Dağlıq Qarabağ məsələsinin Sankt-Peterburqda G8 görüşünün gündəliyinə daxil ediləcəyirə ümidvar oluduğunu bildirib. Rusiyanın xarici işlər naziri Sergey bəyan edib ki, bu məsələ müzakirə olunacaq. "Biz həmin məsələnin görüşün gündəliyinə daxil edilməsini çox istərdik" - deyə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri qeyd edib.

Xəbər lenti

Xəbər lenti