...

Mirmahmud Mirəlioğlu: "Müxalifətin seçkiləri boykot qərarı effekt vermir"

Siyasət Materials 5 İyul 2006 16:17 (UTC +04:00)

Müxalifətin seçkiləri boykot qərarı effekt vermir. Bu barədə Trend ə Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu təkrar bələdiyyə seçkilərində iştirak etməməklə bağlı bəzi müxalifət partiyalarının boykot qərarına münasibət bildiərərkən qeyd edib.

M.Mirəlioğlu bildirib ki, bu gün boykot qərarı özünü doğrultmur: "1991-ci ildə Ali Sovetin sessiyasını boykot etməyimiz özünü doğrultdu. Çünki o vaxtı müxalifət düşərgəsində vahid təşkilatlanma var idi. Hamı qarşıya qoyduğu bir məqsəd uğrunda mübarizə aparırdı. Müxalifət düşərgəsi tərəfindən 2000-ci ildə parlament seçkilərinin boykot edilməsi qərarı da 1991-ci ildə olduğu kimi effekt verə bilərdi. Amma təəssüflər olsun ki, bu baş vermədi. Ola bilər ki, indi düşərgədə vahid təşkilatlanma yoxdur".

Partiya sədri onu da vurğulayıb ki, Azərbaycan müxalifətinin seçkiləri bu və ya digər şəkildə boykot etməsində bir səmimilik görünmür: "Boykotdan danışanların özləri müxtəlif formalarda müəyyən qüvvələrlə danışıqlar aparırlar".

Onu da qeyd edək ki, Klassik Xalq Cəbhəsi Partiyası oktyabrın 6-da baş qalan bələdiyyələrdə keçiriləcək təkrar seçkilərdə iştirak etməklə bağlı qərar verib.

Xəbər lenti

Xəbər lenti