...

Rusiyanın Azərbaycandakı yeni səfirinin ölkəyə gəlişi təxirə salınır

Siyasət Materials 10 İyul 2006 13:09 (UTC +04:00)

Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratovun Bakıya gəlişi işlə əlaqədar olaraq bir qədər təxirə salınır. Bu barədə Trend ə Rusiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

"Səfir ölkəyə planlaşdırıldığı kimi iyulun 10-da deyil, bir qədər gec gələcək. Rusiyanın Azərbaycandakı diplomatik missiyasının yeni başçısının iyulun sonunadək vəzifələrinin icrasına başlayacağı gözlənilir", - deyə səfirlikdən bildirilib.

Qeyd edək ki, Rusiyanın Bakıdakı səfiri postu 2004-cü ilin sentyabrından boş qalıb. Daha əvvəl isə səfir vəzifəsini Nikolay Ryabov icra edib.

Qeyd edək ki, Vasili İstratov 1954-cü il dekabrın 30-da anadan olub. İxtisasca tarixçidir. 1996-cı ildən RF XİN-in Şimali Amerika Departamentinin direktor müavini vəzifəsində çalışıb.

Xəbər lenti

Xəbər lenti