...

Vəhdət Partiyası YAP-ın onlarla dialoq aparacağına ümidlidir

Siyasət Materials 11 İyul 2006 13:03 (UTC +04:00)

Beş aydır ki, Vəhdət Partiyası dialoqla bağlı Yeni Azərbaycan Partiyası (YAP) rəhbərliyinə etdiyi müraciətin cavabını gözləyir. Bu barədə Trend ə Vəhdət Partiyasından bildiriblər.

Qeyd edək ki, adıçəkilən partiyanın Siyasi Şurası fevralın 14-də iqtidar partiyası ilə dialoq aparmağa qərar verib. YAP-la dialoqun aparılmasına hazırlıq isə partiyanın sədrinə həvalə edilib.

Vəhdət Partiyasından bildiriblər ki, dialoqa hazır olmaları ilə bağlı onlar tərəfindən bütün addımlar atılıb. O da qeyd olunub ki, dialoqda Dağlıq Qarabağ problemi, regionların sosial-iqtisadi inkişafı, kadr dəyişikliyi, korrupsiya, rüşvətxorluğa qarşı mübarizə, məhkəmə-hüquq sahəsində islahatlar və mənəviyyat məsələlərinin müzakirəsi nəzərdə tutulub. Hələ qarşı tərəfdən cavab yoxdur.

Xəbər lenti

Xəbər lenti