Sentyabrın 15-də Moskvada keçiriləcək MDB İqtisadi Şurası iclasının gündəliyinə təxminən 18 məsələ daxil ediləcək. Bu barədə Trend ə MDB İcrayiyyə Komitəsindən xəbər veriblər.
Şura müxtəlif sənədlərin layihələrini, xüsusilə, MDB-də lizinq fəaliyyətinin genişləndirilməsi üçün əlverişli hüquqi, iqtisadi və təşkilati şəraitin yaradılması haqqında saziş layihəsi, 2010-cu ilə qədər MDB-nin daxili bazarına və üçüncü ölkələrin bazarlarına milli istehsalçıların rəqabətqabiliyyətli məhsulunun daxil edilməsi üzrə ortamüddətli tədbirlər kompleksi layihəsi, MDB dövlətlərinin sərhədyani əməkdaşlığı haqqında konvensiya layihəsi, Rusiya Dövlət Kitabxanasına MDB dövlətlərinin kitabxana işi sahəsində əməkdaşlıq üzrə əsas təşkilat statusunun verilməsi layihəsi nəzərdən keçirəcək.
İclasda Azərbaycanı Nazirlər Kabinetinin şöbə rəislərindən ibarət hökumət nümayəndə heyəti təmsil edəcək.