...

Bələdiyyə seçkilərinə dair toplunun üçüncü cildi işıq üzü görüb

Siyasət Materials 2 Avqust 2006 12:32 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyası aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi məqsədilə seçkilərə dair toplunun ikinci cildini nəşr etdirib. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Qeyd edək ki, MSK-nın "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinə dair əsasnamə, təlimat və qaydalar" adlı toplusunun iki cildi çap olunaraq dairə və məntəqə seçki komissiyalarına çatdırılıb. Bu günlərdə sözügedən toplunun üçüncü cildi də işıq üzü görüb. Toplu 10 min tirajla çap olunub. Burada MSK-nın qərarı ilə təsdiq olunmuş normativ aktlar-təlimatlar, arayış, vəsiqə formaları və digər sənəd nümunələri toplanıb.

Qey edək ki, topluların nəşrində məqsəd dairə və məntəqə seçki komissiyaları üzvlərinin hüququi biliklərinin artırılmasına yardımçı olmaq, onların MSK-nın qəbul etdiyi normativ aktlardan istifadəsini asanlaşdırmaqdır. MSK-nın rəhbərliyi bu nəşrin qısa müddət ərzində aşağı seçki komissiyalarının üzvlərinə çatdırılması tapşırığını verib.

Xəbər lenti

Xəbər lenti