...

Azərbaycan hökümətinin nümayəndə heyəti Tbilisiyə yola düşür

Siyasət Materials 2 Avqust 2006 18:34 (UTC +04:00)

Avqustun 2-də axşam xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi Azərbaycan hökümətinin nümayəndə heyəti Tbilisiyə yola düşəcək. Azərbaycan XİN-in mətbuat mərkəzindən Trend ə verilən xəbərə görə, səfərin məqsədi Azərbaycan və Gürcüstan arasında dövlət sərhədlərinin demarkasiyası və delimitasiyası üzrə dövlət komissiyasının avqustun 3-5-də Gürcüstan paytaxtında keçiriləcək növbəti iclasında iştirak etməkdən ibarətdir.

Tərəflər dövlət sərhədlərinin razılaşdırılmamış əraziləri üzrə, həmçinin komissiyanın əvvəlki iclasında müzakirə mövzusu olmuş bir sıra təfsilatlar üzrə məsləhətləşmələri davam etdirəcək. Tərəflər həmçinin dövlət sərhəddinin delimitasiyası üzrə əlavə normativ-hüquqi sənədləri, yer quruluşu və torpaqdan istifadə üzrə kartoqrafik materialları öyrənəcəklər.

Xəbər lenti

Xəbər lenti