...

Cahandar Bayoğlu: "Güneydə həbs edilən milli hərəkat üzvlərinin əksəyriyyəti azadlığa buraxılıb"

Siyasət Materials 3 Avqust 2006 13:16 (UTC +04:00)

Güney Azərbaycanda baş verən məlum olaylar zamanı həbs edilən milli hərəkat üzvlərinin əksəyriyyəti azadlığa buraxılıb. Bu barədə Trend ə Güney Azərbaycan Milli Hərəkat Müdafiə Komitəsinin sədri Cahandar Bayoğlu bildirib.

C.Bayoğlu qeyd edib ki, Güney Azərbaycanda baş verən proseslərlə bağlı xaricdə olan soydaşlarımızın başladığı kampaniya və Azərbaycandan bu kampaniyalara dəstəyin verilməsi həbs edilən soydaşlarımızın əksəriyyətinin azadlığa buraxılması ilə nəticələnib: "Azərbaycan milli hərəkatının öndərlərindən olan Qulamrza Əmanlı, "Şəmsi-Təbriz" qəzetinin yazarı Həmid İmani ilə yanaşı həbs edilən bir çox hərəkat fəalları azadlığa buraxılıblar".

C.Bayoğlu onu da vurğulayıb ki, yüzlərlə milli hərəkat fəalı hələ həbsdə saxlanılır ki, onların da azadlığa çıxması istiqamətində mübarizə aparılır: "Biz inanıraq ki, İran iqtidarı nə qədər Təbrizi susdurmağa cəhd göstərsə də, milli hərəkatçıların mübarizəsi ilə üzləşəcək və milli hərəkat bütünlüyünü və birliyini qoruyacaq".

Xəbər lenti

Xəbər lenti