...

2008-ci ildə Azərbaycanda 40 olimpiya kompleksi olacaq

Siyasət Materials 10 Avqust 2006 17:43 (UTC +04:00)
2008-ci ildə Azərbaycanda 40 olimpiya kompleksi olacaq

2008-ci ilin sonuna qədər istismara verilmiş olimpiya idman komplekslərinin ümumi sayı 40-a çatacaq. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov xəbər verib.

Onun sözlərinə görə, hazırda artıq 10 belə idman kompleksi istifadədədir və daha dörd kompleks tikilir. Hələ 13 olimpiya kompleksləri üzrə layihə sənədləri hazırlanır və tenderlər keçirilir.

A.Rəhimov bu barədə avqustun 10-da Azərbaycan prezidentinin Salyanda olimpiya idman kompleksinin tikintisi ilə tanış olduğu zaman xəbər verib.

Xəbər lenti

Xəbər lenti