...

Səfir: Oktyabrda Azərbaycan-Rumıniya hökumətlərarası komissiyasının iclası keçiriləcək

Siyasət Materials 14 Avqust 2006 20:05 (UTC +04:00)

Oktyabrın ikinci ongünlüyündə Rumıniya-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçiriləcək. Trend agentliyinin məlumatına əsasən, bu barədə Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov avqustun 14-də Bakıda jurnalistlərə bildirib.

Onun sözlərinə görə, komissiya iqtisadi və texniki əməkdaşlığı əhatə etdiyindən iclasda energetika, sənaye və kənd təsərrüfatı sahəsindəki məsələlər müzakirə olunacaq.

E.Həsənov əlavə edib ki, iqtisadiyyat və mədəniyyət sahələrində də sazişlərin imzalanması gözlənilir.

Xəbər lenti

Xəbər lenti