Azərbaycan son 2 ildə 39 beynəlxalq konvensiyaya qoşulub. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın xaricdəki diplomatik missiya rəhbərlərinin Bakıda keçirilən konfransında bəyan edib.
Bu müddət ərzində Azərbaycan müxtəlif dünya ölkələrilə müxtəlif sahələri əhatə edən 300 saziş imzalayıb. Onun sözlərinə görə, son 2 ildə Azərbaycanla ABŞ-ın strateji tərəfdaşlığı daha da möhkəmlənib və genişlənib. Rusiya ilə münasibətlər üçün isə strateji tərəfdaşlığın inkişafı, ticari-iqtisadi əlaqələrin inkişaf tempinin artması, humanitar və digər sahələrdə fəal qarşılıqlı əlaqələrin qurulması məqsədilə yüksək səviyyəli dialoq xarakterikdir. Nazirin sözlərinə görə, Türkiyə ən etibarlı strateji tərəfdaş olmaqla qlobal energetika-nəqliyyat layihələri, dünya siyasəti və iqtisadiyyatının aktual məsələlərində Azərbaycanla birgə mövqedən çıxış edir. Son 2 ildə Azərbaycanın Almaniya, Avstriya, Fransa, Böyük Britaniya, İtaliya, Latviya, Litva, Macarıstan, Polşa və Rumıniya ilə dialoqu intensiv inkişaf edib, Azərbaycan-İran münasibətlərilə dərinləşib. Yüksək səviyyəli səfərlər nəticəsində ikitərəfli əlaqələr yeni səviyyəyə qalxıb. Bundan əlavə, Çin, Yaponiya və Cənubi Koreya ilə siyasət, iqtisadiyyat, elm, mədəniy
yət və təhsil sahələrində əlaqələr də sürətlə inkişaf edir.
Nazir Səudiyyə Ərəbistanı, Küveyt, Qətar və Omanla əlaqələri inkişaf edən əlaqələr kimi xarakterizə edib. İndoneziya, Pakistan, Malayziya və Brüney ilə əlaqələrin inkişafı istiqamətində konkret addımlar atılıb. Mərkəzi Asiya ölkələri ilə ənənəvi dostluq və əməkdaşlıq əlaqələri Azərbaycan prezidentinin Qazaxıstan və Özbəkistana səfərləri zamanı nümayiş etdirilib. Latın Amerikası ilə əlaqələr genişləndirilib, təkmilləşdirilmiş hüquqi-müqavilə bazası isə münasibətlərin inkişaf etdirilməsi üçün məqbul şərait yaradıb.