...

BMT-nin qaçqınlar üzrə ali komissarı qüvvələrini Azərbaycan höküməti ilə birləşdirmək niyyətindədir

Siyasət Materials 16 Avqust 2006 11:03 (UTC +04:00)
BMT-nin qaçqınlar üzrə ali komissarı qüvvələrini Azərbaycan höküməti ilə birləşdirmək niyyətindədir

Trend-i buradan izləyin

Hazırda dünya ictimaiyyətinin əsas diqqəti Livandakı hadisələrə yönəlib, lakin unutmaq olmaz ki, dünyanın digər bölgələrində də zərərçəkənlər var. Trend in xəbər verdiyi kimi, bu barədə BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Qutteres Bakıya gələrkən jurnalistlərə verdiyi müsahibəsində qeyd edib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanda çoxlu sayda qaçqın və məcburi köçkün var.

Bakıya səfər zamanı A.Qutteres prezident İlham Əliyev, baş nazir Artur Rəsizadə və digər hökümət üzvləri ilə görüşəcək. O, həmçinin Azərbaycan rayonlarında qaçqın və məcburi köçkünlərin yaşadıqları yerlərdə olacaq və onların yaşayış şəraiti ilə tanış olacaq. "Əsas diqqət onların vəziyyətinin yaxşılaşdırılması üçün qüvvələrin Azərbaycan höküməti ilə birləşdirilməsinə yönəldiləcək", - deyə ali komissar qeyd edib.

"Azərbaycan qaçqınların vəziyyətinin yaxşılaşdırılması üçün Neft fondundan çoxlu pul ayırır və biz daha səmərəli yardım üçün qüvvələrimizi birləşdirmək istəyirik", - deyə A.Qutteres qeyd edib. O cümlədən, danışıqlarda Azərbaycanda Sığınacağın verilməsi üzrə Milli sistemin açılma ehtimalı müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti