...

Azərbaycanın Livandakı fəxri konsulluğu daha fövqəladə rejimdə işləmir

Siyasət Materials 16 Avqust 2006 12:34 (UTC +04:00)
Azərbaycanın Livandakı fəxri konsulluğu daha fövqəladə rejimdə işləmir

Azərbaycanın Livandakı fəxri konsulluğu daha fövqəladə rejimdə işləmir. Bu barədə Trend ə avqustun 16-da Azərbaycanın Livandakı fəxri konsulu Nazih Qəssub bildirib.

Onun sözlərinə görə, İsrail hücuma başladıqdan sonra konsulluq bütün 24 saat ərzində işləyib və əməkdaşlar, demək olar ki, binanı tərk etməyiblər. "Lakin artıq 3 gündür ki, bombalama dayandırılıb və vəziyyət bir qədər sakitləşib. Lakin bununla yanaşı, gərginlik davam edir, vətəndaşlar isə hələ də təşvişdədir", - deyə N.Qəssub qeyd edib.

Diplomat bildirib ki, 1 mln. Livan qaçqınlarının bir hissəsi, o cümlədən Suriyada olanlar geri qayıtmağa başlayıb. O, bu qaçqınların arasında azərbaycanlıların da olması ehtimalını istisna etmir. Ümumilikdə isə, Livanda olan azərbaycanlılar son günlərdə ölkəni tərk etməyiblər.

Fəxri konsul həmçinin əlavə edib ki, arasında Azərbaycanın da humanitar yardımı olan beynəlxalq humanitar yardım hələ ölkəyə daxil olmayıb.

Xəbər lenti

Xəbər lenti