...

Baş nazir Zurab Noqaideli Azərbaycan iş adamlarını Gürcüstanın kiçik biznesinin inkişafına vəsait qoymağa çağırır

Siyasət Materials 16 Avqust 2006 21:00 (UTC +04:00)

Gürcüstanın baş naziri Zurab Noqaideli ümid edir ki, Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının iclası və biznes-forum Azərbaycan kapitalının Gürcüstan iqtisadiyyatına yatırılmasına stimul olacaq. Bu barədə, Trend in xüsusi müxbiri xəbər verir ki, baş nazir İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının işə başladığı Batumidə bəyan edib.

Baş nazirin sözlərinə görə, bu, təkcə böyük investisiyalara təsir göstərməyəcək. "Ümid edirəm ki, Azərbaycan iş adamları kiçik biznesin inkişafına da vəsait yatıracaq"- deyə o bildirib. Z.Noqaideli əlavə edib ki, bu investsiyalar birbaşa olaraq Gürcüstanın regionlarına, o cümlədən Acarıstana yönəldiləcək.

Baş nazir Azərbaycanın, o cümlədən ölkənin ən iri bankı - Azərbaycan Beynəlxalq Bankının Gürcüstana olan marağını nümunə gətirib.

"Gürcüstanda investorlar üçün bütün şərait yaradılıb"- deyə Z.Noqaideli bildirib. O vurğulayıb ki, buna misal Batumidir. Qazaxıstan Batuminin sahilyani zolağını yenidən tikəcək. Bununla Acarıstanın infrastrukturunun inkişafına milyonlarla vəsait yatırılacaq.

Xəbər lenti

Xəbər lenti