...

Baş nazir Artur Rəsizadə: Azərbaycan və Gürcüstan iqtisadi münasibətlərin genişləndirilməsi üçün platforma yaradıb

Siyasət Materials 17 Avqust 2006 19:22 (UTC +04:00)
Baş nazir Artur Rəsizadə: Azərbaycan və Gürcüstan iqtisadi münasibətlərin genişləndirilməsi üçün platforma yaradıb

Gürcüstan və Azərbaycan iqtisadi münasibətlərini intensivləşdirmək niyyətindədir. Trend in Gürcüstandakı xüsusi müxbiri xəbər verir ki, bu barədə bu gün Batumidə Gürcüstan-Azərbaycan biznes-forumunun sonunda Azərbaycanın baş naziri Artur Rəsizadə və onun gürcü həmkarı Zurab Noqaideli bildirib.

"Məqsədimiz yaxın illərdə Azərbaycan-Gürcüstan münasibətlərinin bütün aspektlərində irəliləməkdən ibarətdir", - deyə A.Rəsizadə bildirib.

Onun fikrincə, Gürcüstan və Azərbaycan artıq ən yaxın zamanlarda iqtisadiyyatın neft-qaz, nəqliyyat, bank, energetika kimi sahələrində iki ölkənin iqtisadi münasibətlərinin genişlənməsinə imkan verəcək platforma yaradıblar.

Z.Noqaideli qeyd edib ki, Gürcüstan yaxın illərdə Azərbaycandan ciddi sərmayələr gözləyir.

"Gürcüstan iki ölkə arasındakı əmtəə dövriyyəsinin yaxın illərdə 30-35%-ə çatacağını güman edir. Azərbaycanın gürcü iqtisadiyyatına qoyacağı sərmayələr daha tez artacaq", - deyə o bildirib.

Noqaidelinin sözlərinə görə, gürcü iqtisadiyyatına qoyulacaq sərmayələr haqqında artıq Azərbaycan Beynəlxalq Bankı və Azərbaycan Dövlət Neft Şirkəti bildirib. İlin birinci yarısında Gürcüstan və Azərbaycan arasında əmtəə dövriyyəsi 66,7 mln. ABŞ dolları təşkil edib.

Xəbər lenti

Xəbər lenti