...

"BP Azerbaijan" şirkətinin prezidenti: Yaxın zamanlarda Azərbaycanın "Şahdəniz" yatağından qaz ixracına başlanacaq

Siyasət Materials 22 Avqust 2006 15:12 (UTC +04:00)
"BP Azerbaijan" şirkətinin prezidenti: Yaxın zamanlarda Azərbaycanın "Şahdəniz" yatağından qaz ixracına başlanacaq

Yaxın zamanlarda Azərbaycanın "Şahdəniz" yatağından qaz ixracına başlanacaq. Trend xəbər verir ki, bu barədə "BP Azerbaijan" şirkətinin prezidenti Devid Vudvord avqustun 22-də Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüş zamanı bildirib.

D.Vudvord deyib ki, Azərbaycanın neft-qaz sənayesi uğurla inkişaf edir. O, Səngəçal terminalının işi ilə tanış olduğunu və layihə işlərinin uğurla və vaxtında həyata keçirildiyini bildirib.

Dövlət başçısı "Şahdəniz" layihəsinin Azərbaycan və ümumilikdə bölgə üçün böyük əhəmiyyət daşıdığını qeyd edib. Prezident ölkəmizin yaxın gələcəkdə mühüm qaz hasilatçısı və ixracatçısına çevriləcəyinə əmin olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti