...

"İrəli" Ümumrespublika Gənclər Hərəkatının bir illiyi münasibətilə tədbirlər keçiriləcək

Siyasət Materials 23 Avqust 2006 12:22 (UTC +04:00)

"İrəli" Ümumrespublika Gənclər Hərəkatının yaranmasının bir illiyi münasibətilə bir sıra yerli və beynəlxalq tədbirlər keçiriləcək. Bu barədə Trend ə "İrəli" Hərəkatından məlumat verilib.

Təşkilat Gənclər və İdman Nazirliyi ilə birgə "Gənclərin vətəndaş cəmiyyəti quruculuğunda rolu" adlı konfrans, "Prezidentlə irəli" adlı mədəni proqram, beynəlxalq tədbir kimi Azərbaycanın tanıdılmasına həsr edilmiş 15 ölkədən gənclərin iştirakı ilə "Xəzər mirvarisinin yeddi möcüzəsi" adlı festival keçirəcək.

Həmçinin bir il ərzində "İrəli" Hərəkatının fəaliyyətinə dəstək vermiş və səmərəli əməkdaşlıq etmiş kütləvi informasiya vasitələrini təltif etmək məqsədilə "Bir il bizimlə" diplomu təsis olunub. Avqustun 26-da saat 10.30-da "Park-İnn" otelində keçiriləcək "Gənclərin Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunda rolu" adlı konfransda həmin diplomlar qaliblərə təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti