...

Türkiyənin nəqliyyat naziri: Çin Bakı-Tbilisi-Axalkalaki dəmir yolu layihəsinə qoşulub

Siyasət Materials 28 Avqust 2006 14:04 (UTC +04:00)
Türkiyənin nəqliyyat naziri: Çin Bakı-Tbilisi-Axalkalaki dəmir yolu layihəsinə qoşulub

Çin Bakı-Tbilisi-Axalkalaki dəmir yolu layihəsinə qoşulub. Trend xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat naziri Binəli Yıldırım "Zaman" qəzetinə verdiyi müsahibəsində bildirib.

Nazir qeyd edib ki, Bakı-Tbilisi-Axalkalaki dəmir yolu layihəsi hələ 1960-cı illərin əvvəlində işlənib hazırlanıb və əlavə edib ki, Çinlə yanaşı bu layihədə Qazaxıstan da iştirak edəcək. "Layihə işə salınarsa, istənilən adam Qarsdan çıxarkən dəmir yolu ilə Şanxaya qədər gedə bilər", - deyə Yıldırım qeyd edib, Mərmərə layihəsi tamamlandıqdan sonra isə (Bosfor boğazı altında dəmir yolu qolunun çəkilişi) istənilən çinli Böyük Britaniyaya qədər gedə bilər.

"Bakı-Tbilisi-Axalkalaki dəmir yolu iki il ərzində hazır olacaq və buradan ildə təxminən 20 milyon ton yük nəql olunacaq", - deyə nazir qeyd edib və bildirib ki, hazırda Türkiyənin bütün dəmir yol xəttləri üzrə yük daşımaları ildə 18 milyon tondan azdır.

"Bu layihə bütün bölgənin simasını dəyişəcək və onun çiçəklənməsinə yardım edəcək", - deyə Türkiyənin nəqliyyat naziri qeyd edib.

Bununla yanaşı, Türkiyənin nəqliyyat naziri bildirib ki, Ermənistanla olan problemlərlə əlaqədar, ölkənin şərq vilayətləri uzun müddət bağlı olub. "Nəticədə Qafqaz və Asiya dövlətləri Avropaya dəmir yolu ilə yük daşımaları üçün bağlı olub", - deyə Yıldırım bildirib və qeyd edib ki, strateji nöqteyi-nəzərdən də Bakı-Tbilisi-Axalkalaki dəmir yolu çox perspektivdir. Nazir yenə də bu layihənin tamamlanması üçün 250 milyon dolların lazım olduğunu bildirib. "Gürcüstan sərhəddindən 79 kilometr uzunluğunda dəmir yol kəsiyi Türkiyənin, Gürcüstanın özündə olan 25 kilometrlik hissə isə gürcü hökümətinin hesabına tikiləcək. Bununla yanaşı, Tbilisidən Bakıya qədər hissənin təkmilləşdirilməsi üzrə işlər görüləcək", - deyə B.Yıldırım qeyd edib.

Həmçinin qeyd olunub ki, Bakı-Tbilisi-Axalkalaki dəmir yolu layihəsi çərçivəsində mühəndis işləri 2001-ci ildə başlanıb və ilkin mərhələdə yolun tikintisi üçün 463 milyon dolların zəruri olduğu bildirilib. 2Hətta Çin də işlərin başlanması üçün aşağı faizli kredit təklif edib. O cümlədən Pekin nümayəndələri ilk 3 il güzəşt dövrü ilə illik 5,5% ilə 13 il müddətinə kredit verməyə hazır olduqlarını bildirib. Lakin Türkiyə höküməti həmin vaxt bu kredit üzrə dövlət zəmanəti vermək istəmədiyini bildirərək, bu təklifi rədd edib", - deyə Türkiyənin nəqliyyat naziri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti