...

IİP sədri Əli Əliyev sentyabrın 1-də iki müavinini təyin edəcək

Siyasət Materials 30 Avqust 2006 11:06 (UTC +04:00)

Iətəndaş və İnkişaf Partiyasının (IİP) sədri Əli Əliyev üçüncü dəfə Ədliyyə Nazirliyinə müraciət ünvanlayacaq. Bu barədə Trend ə Əli Əliyev məlumat verib.

O, bildirib ki, partiyanın dövlət qeydiyyatına alınması məsələsi hələ də həllini tapmadığı üçün növbəti dəfə ədliyyə nazirinə məktubla müraciət edəcək. Əli Əliyev onu da deyib ki, sentyabrın 1-də Iətəndaş və İnkişaf Partiyasının Siyasi Şurasının iclası keçiriləcək. Toplantıda Ədliyyə Nazirliyinin mövqeyi, partiyanın qeydiyyat probleminin həlli üçün görüləcək işlər barədə müzakirələr aparılacaq: "Siyasi Şura Ədliyyə Nazirliyinin bu mövqeyinə qiymət verəcək. Müzakirələrdən əvvəl isə mən üçüncü dəfə Ədliyyə Nazirliyinə müraciət edəcəm. Qeydiyyat problemi ilə bağlı hələlik etiraz aksiyaları gündəmdə deyil".

Əli Əliyev onu da deyib ki, Siyasi Şurada özünə daha iki müavin təyin edəcək. Siyasi Şurada həmçinin partiyanın Nizamnaməsinin maddələrinə uyğun olaraq rayon təşkilatlarının konfranslarının keçirilməsi, yerli təşkilatlarda struktur dəyişiklikləri edilməsi müzakirə olunacaq. Partiya Siyasi Şuranın iclasında təlimatı müzakirəyə çıxaracaq. Siyasi Şura Təlimatı qəbul etdikdən sonra sentyabr-oktyabr aylarında bütün rayon təşkilatlarında konfransların keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti