...

Millət vəkili Qənirə Paşayeva İstanbulda İslam Konfransı Gənclər Forumu Baş Qərargahının açılışında iştirak edəcək

Siyasət Materials 31 Avqust 2006 14:31 (UTC +04:00)

Sentyabrın 3-də İstanbulda Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Baş Qərargahının açılış mərasimi keçiriləcək. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Dünya Ticarət Mərkəzində keçiriləcək tədbirdə Azərbaycan parlamentini Milli Məclisin deputatı Qənirə Paşayeva təmsil edəcək. Azərbaycan gənclərinin təşəbbüsü ilə 2004-cü ildə Bakıda təsis edilmiş forumun Baş ofisinin açılışında "Gənclərin sivilizasiyalarının alyansı uğrunda" layihəsinin də təqdimatı keçiriləcək.

Toplantıda İslam Ticarət və Sənaye Palatası, Avropa Şurası Gənclər Direktorluğu ilə forum arasında əməkdaşlıq haqqında müqavilələr imzalanacaq.

Xəbər lenti

Xəbər lenti