Müxalif ətyönlü "Azadlıq" siyasi bloku bu ilin dekabr ayında ümumrespublika müşavirəsi keçirəcək. Bu barədə Trend ə blokun həmtəsisçisi, Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu məlumat verib.
O bildirib ki, Sədrlər Şurasının toplantısında ADP sədri Rəsul Quliyevin ümumrespublika konfransının keçirilməsi barədə irəli sürdüyü təklif müzakirə olunub və bu məsələ ilə bağlı qərar qəbul edilib. Onun sözlərinə görə, ümumrespublika müşavirəsi dekabrın sonunda olacaq. Həmin toplantıda ölkə müxalifətnin ümumi vəziyyəti və fəaliyyət istiqamətləri barədə müzakirələr aparılacaq.
C.Cəlaloğlunun sözlərinə görə, "Azadlıq" siyasi bloku kütləvi aksiyalar keçirməməyi qərara alıb. Buna səbəb sosial təlabatın olmamasıdır.
Qeyd edək ki, "Azadlıq" blokunda dörd müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Azərbaycan Demokrat və Liberal partiyalar təmsil olunur.