...

Azərbaycan prezidenti türkdilli dövlətlərin qurultayında iştirak etmək üçün Antalyaya yola düşür

Siyasət Materials 16 Sentyabr 2006 13:54 (UTC +04:00)

Sentyabrın 17-də türk dövlətləri və icmalarının nümayəndələri, o cümlədən Azərbaycan prezidenti İlham Əliyev türkdilli dövlətlərin 10-cu qurultayında iştirak etmək üçün Antalyaya gedəcək. Bu barədə Trend ə Prezidentin İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin direktoru Novruz Məmmədov məlumat verib.

O bildirib ki, qurultayda sosial problemlər, müstəqilliyin möhkəmləndirilməsi, beynəlxalq münasibətlər və mass-media ilə əməkdaşlıq, iqtisadi-ticari, turizm, mədəniyyət, texnologiya və təhsil sahələrində əməkdaşlıq üzrə müxtəlif komissiyalar işləyəcək. "Bu cür tədbirlər əvvəllər də keçirilib. Qurultaya Qazaxıstan prezidenti Nursultan Nazarbayevin, Moldovada yaşayan qaqauzların, Tatarıstandan nümayəndələrin gəlişi gözlənilir", - deyə N.Məmmədov əlavə edib.

Nyu-Yorkda BMT Baş Assambleyasının 61-ci sessiyasının qarşıdakı açılışına gəlincə, N.Məmmədov qeyd edib ki, Azərbaycan prezidenti bu sessiyada iştirak etməyəcək. O, bunu dövlət başçısının gərgin iş qrafiki ilə izah edib. N.Məmmədov bildirib ki, sessiyada Azərbaycanı XİN başçısı Elmar Məmmədyarov təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti