...

Peşə bayramları münasibətilə bir sıra prokurorluqların əməkdaşları mükafatlandırılacaq

Siyasət Materials 20 Sentyabr 2006 15:29 (UTC +04:00)

Oktyabrın 1-də Azərbaycan prokurorların peşə bayramı münasibətilə prokurorluq orqanlarının əməkdaşları mükafatlandırılacaq. Bu barədə Trend ə Respublika Baş Prokurorluğundan məlumat verilib.

Azərbaycan Respublikasının Baş Prokurorluğu 1918-ci ildə yaranıb. 1998-ci ildə isə mərhum Prezident Heydər Əliyev 1 oktyabr prokurorluq əməkdaşlarının peşə bayramı kimi qeyd olunmasına dair fərman imzalayıb. Artıq 9-cu ildir bu tarix Azərbaycan Respublikası Baş Prokurorluğunun yarandığı gün kimi qeyd olunur.

Azərbaycanın prokurorluq orqanları müstəqil dövlətçiliyin qorunmasında, cinayətkarlıqla mübarizədə, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında fəal iştirak edir.

Peşə bayramı münasibətilə baş prokuror Zakir Qaralovun əmri ilə bir qrup prokurorluq əməkdaşı rütbə dərəcələri, vəzifədə irəli çəkilmələr və digər mükafatlarla təltif olunacaqlar.

Xəbər lenti

Xəbər lenti