...

MDB dövlətləri Hüquqi informasiya mübadiləsi üzrə dövlətlərarası sistem haqqında Saziş imzalayacaqlar

Siyasət Materials 21 Sentyabr 2006 17:09 (UTC +04:00)

MDB dövlətləri Hüquqi informasiya mübadiləsi üzrə dövlətlərarası sistem haqqında Saziş imzalamağı planlaşdırırlar. Saziş layihəsi sentyabrın 22-də Minskdə keçiriləcək ekspert qrupunun toplantısında tamamlanacaq. Bu barədə Trend MDB İcraiyyə komitəsinə istinadən xəbər verir.

Hüquqi informasiya mübadiləsi üzrə dövlətlərarası sistem haqqında Saziş (HİMDS) hüquqi informasiyanın yaradılması, toplanması, sistemləşdirilməsi və istifadəyə verilməsini təmin etmək üçün nəzərdə tutulub. Saziş layihəsində nəzərdə tutulub ki, HİMDS-ə bir neçə yarımsistem, o cümlədən - MDB-nin hüquqi akt və digər sənədlərinin vahid reyestri, MDB-nin iştirakçı-dövlətləri tərəfindən imzalanmış ikitərəfli beynəlxalq müqavilələr, MDB-nin iştirakçı-dövlətlərinin qanunvericiliyi daxil olacaq.

Bu məsələ üzrə ekspertlərin ötən toplantısında (17 may 2006-cı il) Saziş layihəsi əsasən razılaşdırılmış və sonrakı müzakirələr üçün iştirakçı-dövlətlərə göndərilmişdi. Daxil olan rəyləri nəzərə almaqla, Hüquqi informasiya mübadiləsi üzrə dövlətlərarası sistem haqqında Saziş layihəsi ekspertlər qrupunun növbəti toplantısında tamamlanacaq.

Xəbər lenti

Xəbər lenti